Karantin rejimi tədricən aradan qaldırılmalıdır - TƏBİB sədri

17:40 - 15.04.2020


15 aprel, Fineko/abc.az. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı karantin rejiminin tədricən aradan qaldırılması zərurətinin yarandığını bildirib.

ABC.AZ xəbər verir ki, TƏBİB sədri bu sözləri hazırda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün əhali karantin tədbirlərinə ciddi əməl etməlidir: “Karantin tədbirlərini tədricən və nəzarətdə saxlamaqla yumşaltmaq olar. Bunun tam qaldırılması ikinci dalğa ilə yoluxmanın artmasına səbəb olar”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər