Azərbaycanda bahalaşan ərzaqlar - Siyahı

15:11 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Azərbaycanda 2020-ci ilin mart ayında bahalaşan ərzaq mallarının statistikası açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  əvvəlki aya nisbətən martda ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, günəbaxan yağının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən unun, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, bananın, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Bütün xəbərlər