Ötən 2 ayda ixracı azalan məhsullar - SİYAHI

16:20 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında ölkəyə idxal və ixrac edilən məhsullar açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin iki ayında ötən ilin yanvar-fevral ayları ilə müqayisədə mühüm məhsul növlərindən şəkərin ixracı 3,8 faiz, bitki yağları 2,7 dəfə, meyvə və tərəvəz konservləri 1,8 dəfə, meyvə və tərəvəz şirələri 34,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 2,2 dəfə, kartof 1,6 dəfə, pambıq lifi 16,1 faiz, polietilen 6,1 faiz, emal olunmamış alüminium 10,6 faiz, pambıq ipliyi 1,8 dəfə, qara metallardan borular 1,7 dəfə artıb.

Təzə meyvə ixracı isə 24,5 faiz, təzə tərəvəz 12,1 faiz, çay 10,7 faiz, tütün 47,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu 73,1 faiz, bentonit gili 17,3 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər