Azərbaycan bu məhsulların idxalını artırıb - SİYAHI

16:26 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin yanvar-fevral aylarında ölkəyə idxal və ixrac edilən məhsullar açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin eyni aylarında bitki yağlarının idxalı 0,7 faiz, təzə meyvə 9,2 faiz, kartof 1,5 faiz, kərə yağı, digər süd yağları və pastaları 21,4 faiz, çay 20,3 faiz, mal əti 7,2 faiz, təzə tərəvəz 25,3 faiz, minik avtomobilləri 2,3 dəfə, dərman vasitələri 26,6 faiz, polad prokatı 45,6 faiz, qara metallardan borular 14,5 faiz, hesablama maşınları, blok və qurğuları 1,8 dəfə, qara metallardan çubuqlar 2 dəfə, rezin şinlər 5,1 faiz, yük avtomobilləri 1,9 dəfə, mebellər 0,4 faiz, avtobuslar 1,7 dəfə, polietilen 3,5 faiz, paltaryuyan maşınlar 12,5 faiz, məişət soyuducuları 1,7 dəfə artıb.

Hesabat dövründə buğda idxalı isə 60,7 faiz, quş əti və onun əlavə məhsulları 25,5 faiz, xam şəkər və şəkər 74,3 faiz, siqaret 88,1 faiz, mineral gübrələr 58,5 faiz, qara metallardan künclüklər 31,2 faiz, məişət kondisionerləri 66,1 faiz, sement və sement klinkerləri 12,3 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər