Bir gündə 1874 sürücü cərimələndi - Karantin qaydalarını pozduqları üçün

11:30 - 20.04.2020


20 aprel, Fineko/abc.az. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 874 nəfər  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ xəbər verir ki, bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd edək ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər