Hər kəs 201 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib - 3 ayda

11:38 - 21.04.2020


21 aprel, Fineko/abc.az. 2020-ci ilin birinci rübündə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5 faiz azalaraq 2 milyard 6,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a xəbər bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 472,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Bu ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 201,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 11 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

 

Bütün xəbərlər