Azərbaycanda ictimai iaşə dövriyyəsi azalıb - 3 ayın nəticələri

12:17 - 21.04.2020


21 aprel, Fineko/abc.az. 2020-ci ilin birinci rübündə ictimai iaşə dövriyyəsi 12,9 faiz azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,9 faiz azalaraq 279,3 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7 faizi hüquqi şəxslərin, 59,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 11,8 faiz azalaraq 112,4 milyon manat təşkil edib.

 

Bütün xəbərlər