Cari ildə Gürcüstan və Azərbaycanın ticarət dövriyyəsi 306 milyon dolları ötüb

12:31 - 21.04.2020


21 aprel, Fineko/abc.az.  Cari ilin birinci rübündə Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 306 milyon 156,6 min ABŞ dolları olub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir. Bildirilir ki, Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı isə 11 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycan Gürcüstanın Türkiyədən sonra ikinci böyük ticarət tərəfdaşı olub.

İllik müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi 12,3 aiz artıb.

©️ Azertag.az

 

Bütün xəbərlər