Ölkədəki kiçik müəssisələrin sayı açıqlanıb - Rəqəmlər

14:39 - 21.04.2020


21 aprel, Fineko/abc.az. 2020-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının (149 min 51) 92,7 faizini (122 min 430) mikro müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (32,0%), digər sahələrdə xidmətlərin göstərilməsi (16,4%), tikinti (10,2%) və 3 təsərrüfatı (8,2%) sahələrində yaradılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 4,9 faizini kiçik müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (27,4%), tikinti (12,5%), emal sənayesi (10,1%) və peşə, elmi və texniki fəaliyyət (6,9%) sahələrində yaradılıb.

2020-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 1,9 faizini orta müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (23,4%), tikinti (17,4%), emal sənayesi (10,9%) və nəqliyyat və anbar təsərrüfatı (6,1%) sahələrində yaradılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər