Ödənişli iş yerlərinin sayı artdı - 51 min nəfər

16:06 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır və bu iş yerlərinin sayı artıq 51 minə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata görə, ödənişli ictimai işlər günümüz üçün önəmli olan dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. istiqamətlərdə təşkil olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər