Sığorta brokerinin mənfəəti azalıb - 29 faiz

11:28 - 23.04.2020


23 aprel, Fineko/abc.az. “Marş Sığorta və Təkrar sığorta Brokeri” ötən ilin maliyyə göstəricilərini açıülayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, “Marş Sığorta və Təkrar sığorta Brokeri” 2019-cu ili 481 min manat xalis mənfəət ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, bu, 2018-ci ilin mənfəətindən 29% azdır. Belə ki, şirkət 2018-ci ili 680 min manat xalis mənfəətlə bağlamışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər