14:54 - 23.04.2020
23 aprel, Fineko/abc.az. Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh və Zığ dairəsi-hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, - deyə agentliyin məlumatında deyilir.
Müəllif: Elmir Murad
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024