Daha bir yol yenidən qurulub - 8 kilometrlik

14:56 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Yevlax rayonunda 8 kilometr uzunluğa malik avtomobil yolu yenidən qurulub.

ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, Yevlax rayonu əarzisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulub.

Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub, 3 yaşayış məntəqəsinin 6 mindən çox əhalisinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrinə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşıb.

Müəllif: Elmir Murad