15:58 - 23.04.2020
23 Aprel, Fineko/abc.az. Masazır-Novxanı avtomobil yolunun 2,5 kilometrlik hissəsi əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.
Yeni asfalt-beton örtüyü 30 min kvadratmetr sahəyə döşənib. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qruntla bərkidilməsi işləri aparılıb.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yola üfüqi nişanlanma xətləri çəkilib.
Müəllif: Elmir Murad
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024