Azərbaycanda daha 30 nəfər koronovirusa yoluxub - Yeni statistika

16:15 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıbvə evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 948 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Bütün xəbərlər