Bir gündə 1151 sürücü cərimələndi - Karantin qaydalarını pozublar

10:46 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 11 51 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 37 515 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər