Bu ölkədə koronovirusa yoluxanları yeni üsulla müalicə edirlər

10:57 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Moskvanın N.V.Sklifosovski adına təcili yardım üzrə elmi-tədqiqat institutunda koronavirusa yoluxan xəstələri yeni üsulla müalicə etməyə başlayıblar.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, burada xəstələri helium qazı ilə müalicə edirlər. Bu qaz ağ ciyər xəstəliklərinə qısa zamanda qalib gəlir, həmçinin qanın qaz tərkibini balanslaşdırır.

Məlumata əsasən, pasiyent 15 dəqiqə ərzində 92 dərəcəyədək qızdırılmış helium oksidi ilə nəfəs almalıdır. Mütəxəssislərin sözlərinə əsasən, bu prosedur xəstələri narahat etmir, əksinə sauna effekti yaradır.

Bu üsul uğurlu olsa geniş şəkildə tətbiq olunacaq.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər