Gürcüstanın 100-ə yaxın vətəndaşı ölkələrinə qaytarılır - Proses başlayıb

14:38 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Gürcüstanın Azərbaycanda olan 100-ə yaxın vətəndaşı ölkələrinə qaytarılır.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. XİN-dən bildirilib ki, vətəndaşların Gürcüstana qayıtması bu ölkənin Azərbaycandakı səfirliyi və Gəncə şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə artıq həyata keçirilməyə başlayıb.

Gürcüstan vətəndaşları sərhədi keçən kimi onlar iki həftə ərzində karantində saxlanılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər