Bu sığorta şirkəti maliyyə hesabatını müzakirə edəcək - Səhmdarlar toplaşacaq

14:55 - 24.04.2020


24 aprel, Fineko/abc.az. "AzRe Təkrarsığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. ABC.AZ xəbər verir ki, yığıncaq iyunun 22-də, saat 10:00-da

şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncaqda "AzRe Təkrarsığorta"nın 2019-cu ildəki fəaliyyəti ilə bağlı ilkin maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər müzakirə ediləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər