Vergilərlə bağlı yeni güzəştlər ola bilər - Yeni təklif

15:09 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi müzakirə olunub.

ABC.AZ xəbər verir ki, ASK-dan bildirilib ki, müzakirələr zamanı ianələrin vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə bağlı vergitutma mexanizmi, riskli vergiödəyicisi kateqoriyası ilə bağlı qarşıya çıxan problemlər üzrə konkret təkliflər dinlənilib.

Müzakirələrin sonunda həmin təkliflərin vahid sənəd formasına salınaraq İqtisadiyyat Nazirliyinə və Milli Məclisə göndırilməsi qərara alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər