Mənzillərə kombi sisteminin quraşdırılması üçün tender keçirilir

16:10 - 24.04.2020


24 aprel, Fineko/abc.az. “MİDA” MMC Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması satın alınması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 08.05.2020 15:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19.05.2020 15:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 20.05.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Vəliyev Zahid

Telefon: (994 12)   594-54-01  (238)

 

Bütün xəbərlər