Mərkəzi Bank tender qalibini elan edib

17:49 - 27.04.2020


27 aprel, Fineko/abc.az. Mərkəzi Bankda informasiya və kiber təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə avadanlıqların alınması və quraşdırılaraq fəaliyyətdə olan informasiya sistemlərinə inteqrasiyası ilə bağlı elan edilən açıq tenderə yekun vurulub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi "SMARTIT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Qalib şirkətə 952968 manat ödəniləcək.

 

Bütün xəbərlər