Bir gün də 1000-ə yaxın insan cərimələnib - Karantin qaydalarını pozublar

10:40 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42 371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

 

Bütün xəbərlər