Bu sahələrdə son 10 gündə 18 min iş yeri açılıb - Nazirlikdən açıqlama

11:39 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai iş yeri yaradılıb.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bununla da Nazirliyin DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai işlərə cəlb olunanların sayı 56 mini ötüb. Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrə yaradılır.

 

Bütün xəbərlər