2020-ci ildə dünya üzrə ÜDM-də 6% - 15% arasında bir azalma olacaq - Proqnoz

12:09 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Agentliyi (ASA) pandemiyanın dünya iqtisadiyyatına və sığorta sektoruna təsirinə dair proqnoz verib.

ABC.AZ-ın məlumatına görə, ASA-nın proqnozlarında COVİD-19 pandemiyası ölkələrin iqtisadiyyatına da öz mənfi təsirini göstərib.

Məlumatda qeyd olunub ki, qlobal iqtisadiyyata yaranan vəziyyətdən və hadisələrin sayından daha çox koronavirusdan qorxan insanların fəaliyyəti təsir göstərdi. "Ümumi hesablamalara görə 2020-ci ildə dünya üzrə ÜDM – də 6% - 15% arasında bir azalma proqnozlaşdırılır. Davam edən karantin vəziyyəti ölkələrin iqtisadiyyatının dörddə bir hissəsinin itkisi deməkdir. Epidemiya ən çox turizm sektoru və otellərə mənfi təsir göstərdi, bu sahələrdə itki demək olar ki, 90% hətta 100% ilə nəticələndi".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər