BNA tender elan edir

12:41 - 28.04.2020


28 aprel, Fineko/abc.az. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, Sistemə qoşulmasının təmin edilməsi və 2 (iki) illik texniki xidmətin satın alınması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 08.06.2020 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17.06.2020 12:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 18.06.2020 12:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Ülvi Həsənov

Telefon: (994 12) 404 41 20 (2186)

 

Bütün xəbərlər