BNA parklanma qaydalarını pozanları cərimələməyə başlayır - Gələn aydan

12:43 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyindən (BNA) Bakı şəhərindəki dayanma-durma və parklanma ilə bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda deyilur: "Aprelin 27-dən karantin rejiminin yumuşaldılması eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır. Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.

Eyni zamanda bu hal SMS vasitəsi ilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.  Qeyd olunanları nəzərə alaraq, 01.05.2020-ci il tarixindən etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək".