330x110
 

Bu qədər vergi ödəyicisi maliyyə dəstəyi üçün nazirliyə müraciət edib - Rəqəmlər

28.04.2020,14:14


28 aprel, Fineko/abc.az.  27 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkən 22 976 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 73 760 fərdi (mikro) sahibkar, cəmi 96 736 vergi ödəyicisi müraciət edib.

ABC.AZ xəbər verir ki, nazirlikdən  verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 178 587 işçini əhatə edən 19 061 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 80,72 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 40,36 mln. manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 17.568 vergi ödəyicisinə 168.778 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 38,46 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Müəllif: Elmir Murad