Fərdi sahibkarlara maliyyə dəstəyi ilə bağlı nazirlikdən açıqlama - 44 milyon manatdan çox yardım olacaq

14:39 - 28.04.2020


28 aprel, Fineko/abc.az.  Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində İqtisadiyyat Nazirliyinə 73 760 vergi ödəyicisindən müraciət daxil olub.

ABC.AZ nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, 67.497 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 44,42 mln. manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 40,03 mln. manat vəsaitin 59.148 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

 

Bütün xəbərlər