Azərsu tender elan edir

17:20 - 29.04.2020


29 aprel, Fineko/abc.az. "Azərsu" ASC-nin tabeliyində fəaliyyət göstərən laboratoriyalarında istifadə olunan cihazların əsaslı və cari təmir işlərinin satın alınması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 200 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 01.06.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 09.06.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 10.06.2020 16:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Məmmədyar Musayev

Telefon: (994 12) 431 47 67 (2288)

 

Bütün xəbərlər