Tikinti şirkətləri onlara da vergi güzəştlərinin olunmasını istəyir - TƏKLİF

11:14 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tikinti sektoruna da vergi güzəştlərinin edilməsini təklif edib.

ASK-dan ABC.AZ-a verilən məlumata görə, bu təklifi Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası zamanı ASK-nın vitse-prezidenti Vüqar Abbasov səsləndirib.

V.Abbasov iclasda çıxış edərək tikinti sektoruna kredit güzəştlərinin də şamil edilməsini təklif edib.

O tikinti sektorunun iqtisadiyyatda lokomotiv rolu oynadığını və arxasınca çox sahələri apardığını vurğulayıb.

Məhz buna görə sektorun dayanmaması üçün ASK-nın vitse-prezidenti kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər