Gürcüstan Azərbaycandakı 75 vətəndaşını təxliyyə edib - Proses davam edəcək

15:19 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Azərbaycanda olan 75 Gürcüstan vətəndaşının vətənə təxliyəsi təmin olunub.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Gürcüstan vətəndaşlarının təxliyəsi Azərbaycanın aidiyyəti dövlət qurumları ilə razılaşdırılma əsasında quru yolla həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Azərbaycandan 35 Gürcüstan vətəndaşı vətənə qayıtmışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər