Rusiyaya 2500 ton kartof satılıb – İxrac

17:09 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Cəlilabadda yığılan 2500 tona yaxın yerli kartof Rusiya bazarlarına göndərilib.

ABC.AZ xəbər verir ki, bu il Cəlilabadda yazlıq məhsul üçün 5300 hektara yaxın sahədə kartof əkilib.

Bunun 500 hektara yaxını örtük altında becərilən kartof sahələridir. Hazırda hər hektardan 14-15 ton kartof götürən fermerlər məhsuldarlıqdan razıdırlar.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il fermerlərin istehsal etdiyi məhsulun 70 faizə yaxını Rusiya bazarlarına göndərilib və 20 milyon manatdan çox xalis gəlir əldə olunub. Hazırda mövcud karantin rejiminə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı prosesində hər hansı problem yoxdur. Fermerlər öz sahələrində əkinlə məşğuldurlar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər