Azərbaycanda daha 38 nəfərdə koronovirus çıxdı - Son statistika

17:50 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143.079 test aparılıb.

 

Bütün xəbərlər