Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib - Sərəncam

14:33 - 1.05.2020


1 may, Fineko/abc.az. Kamran Əliyev Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

 

Bütün xəbərlər