Azərbaycanda sığorta şirkətləri avtobusları sığortalamaqdan imtina edirlər

15:45 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. Paytaxtın  marşrut xəttinə buraxılan avtobusların vəziyyəti və dələduzluq faktları ilə bağlı, sığorta şirkətləri avtobusları sığortalamaqdan imtina edirlər.

“Standard İnsurance” sığorta şirkətinin satış departamentinin rəhbəri Rövşən Əsgərov  açıqlamasında Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki,  sığortaçılar bu ildən etibarən belə avtobusları sığortalamaqdan imtina etdilər.

“Bu sığorta növü üzrə zərərlilik səviyyəsi  85-90%-ə yüksəlib, çünki sərnişindaşıma ilə məşğul olan şirkətlər balanslarında olan nəqliyyat vasitələrinin yalnız yarısını sığortalayır. Sığortasız avtobuslar qəzaya düşəndə isə ödəniş almaq üçün sığortalı avtobusun nömrəsi ilə dəyişdirilir”, - R.Əsgərov belə deyib.

 

 

Bütün xəbərlər