Sığorta ödənişi artan şirkət - Müqayisə

11:59 - 4.05.2020


4 may, Fineko/abc.az. “Azərbaycan Sənaye Sığorta”ASC 2020-ci ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Şirkətin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə müxtəlif sığorta hadisələrinə görə 472 303 manat həcmində sığorta ödənişi həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin I rübündə isə bu rəqəm 305 117 manat təşkil edib.

Beləliklə göründüyü kimi hesabat dövründə şirkət ötən ilə nisbətən 167 186 manat daha çox sığorta ödənişi həyata keçirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər