Daha bir şirkətin səhmdarları toplaşacaq - Hesabat müzakirə olunacaq

10:30 - 5.05.2020


5 may, Fineko/abc.az. “Gəncə İnşaat Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncaq 22 iyun 2020-ci il saat 15.00-da Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 38 nömrəli ünvanda baş tutacaq.

Toplantıda ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi, cəmiyyətin illik hesabatının təsdiq edilməsi və cari məsələlər yer alır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər