Ermənistanda əhalinin sayı azalıb - Rəsmi Statistika

10:28 - 6.05.2020


6 may, Fineko/abc.az.  Ermənistan əhalisinin sayı artmaq əvəzinə azalıb.

 ABC.AZ “Novosti Armeniya” nəşrinə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Statistika Komitəsi yayıb. Məlumatda qeyd olunur ki, 2011-ci ildə keçirilən əhalinin siyahıyaalınması hesabatına əsasən, 2020-ci il yanvarın 1-də Ermənistan əhalisinin sayı 2 959 500 nəfər olub. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 600 nəfər azdır.

Qeyd edək ki, Ermənistan əhalisinin sayı 30 ildir üç milyona çatmır.

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər