Azərbaycanda quraşdırılan e-kassaların sayı artıb - Rəqəmlər

17:42 - 6.05.2020


6 may, Fineko/abc.az. Azərbaycanda bu günə qədər 13159 e-kassalar quraşdırılıb.

ABC.AZ xəbər verir ki, yanvarın əvvəlində bu rəqəm 12707-dən biraz çox idi.

Görünən odur ki, e-kassaların sayı artıb.

Bu isə o deməkdir ki, e-kassaların quraşdırılması sürətlə aparılır. 13159 e-kassa 6 operator üzrə quraşdırılıb.

Qeyd edək ki, e-kassaların köhnələrdən bir sıra üstünlükləri var.

Əsas üstünlüklərindən biri də alış-veriş zamanı ƏDV-dən müəyyən məbləğin müştəriyə geri qaytarılmasıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər