330x110
 

Fransız iş adamları Mikayıl Cabbarovla görüşəcək - Videokonfrans formatında

07.05.2020,10:17


7 may, Fineko/abc.az. Azərbaycan Fransa Ticarət və Sənayə Palatası (CCIAF), “MEDEF International” və AZPROMO nümayəndələri ilə birlikdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla onlayn görüş keçirəcək.

ABC.AZ xəbər verir ki, çayın 12-də keçiriləcək görüş zamanı COVID-19-un iqtisadiyyata təsiri, pandemiya ilə əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, bu dövr ərzində Azərbaycan və fransız şirkətlərinin fəaliyyəti barədə müzakirələrin olması planlaşdırılır.

Əlavə olaraq, CCIAF-in yeni şəraitdə şirkətlər üçün həyata keçirdiyi fəaliyyətlərin nəticələri, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının artırılması istiqamətində fransız şirkətlərinin verə biləcəkləri mümkün töhvələr müzakirə olunacaq.

İştirakçılara mövzularla bağlı onları maraqlandıran sualları ünvanlamaq imkanı da yaradılacaq.

Müəllif: Elmir Murad