Orta məktəblərdə bu tarixdə imtahanlar olacaq - Mühüm açıqlama

17:35 - 7.05.2020


7 may, Fineko/abc.az. İyunda 9-cu siniflərin buraxılış imtahanları keçiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, 15 növ imtahan təxirə salınıb və bu, 180 min fərdin taleyinə təsir göstərib. Onun sözlərinə görə, bu imtahanların arasında ən kütləvi imtahan 9-cu sinif buraxılış imtahanlarıdır: "Çünki iştirakçıların sayı 120 mindən çoxdur. Builki qaydalara görə 9-cu sinif imtahanları bir mərhələdə keçiriləcək. Bu il qiymətələndirmə qalan 80 min şagird üçün ikinci mərhələnin modeli əsasında aparılacaq. Birinci mərhələdəki 40 min nəticə müvafiq 100 ballıq şkala əsasında hesablanacaq. Beləliklə, birinci mərhələdə yəni martda iştirak edən 40 min şəxs iyunda iştirak etməyəcəklər. İyunda 80 min şagird üçün regionlarda imtahanlar keçirəcəyik. İkinci mərhələnin nəticələri 70 əvəzinə 100 ballıq şkalaya keçiriləcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər