Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili prosesi başlandı

12:08 - 12.01.2018


12 yanvar, Fineko/abc.az.  Azərbaycanın Energetika Nazirliyinin tabeliyində, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) fəaliyyətinin təmin edilməsi üçün, Təhvil-təslim komissiyası yaradılıb.

Nazirliyin məlumatında deyilir ki, agentlik, kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahənin sabit inkişafı, həmçinin enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə yaradılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi, dövlət başçısının fərmanı ilə, 22 dekabr 2017-ci il tarixində təsis edilib. Agentlik, Vergilər Nazirliyində dövlət qeydiyyatından artıq keçirilib və onun yaradılması üçün baza olan strukturların ləğvetmə prosesinə başlanıb.