Azərbaycan gömrükçüləri ton yarım çəkisində nərə balığının ölkəyə qeyri-qanuni yolla gətirilməsinə cəhdin qarşısını aldılar

12:43 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, qanun pozuntusuna yol vermiş Azərbaycan vətəndaşı,  "Kamaz" markalı yük maşınında balıqları Bakıya gətirməyə cəhd etmişdir.

“Cinayətkar, sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balığı Bakıya gətirməyə cəhd etmişdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər