Nazirlik Əkrəm Həsənovdan hüquqi dəstək alıb - Müqavilə imzalanıb

11:18 - 12.05.2020


12 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Əkrəm Həsənovdan hüquqi dəstək xidmətləri alıb.

ABC.AZ xəbər verir ki, nazirlik məsləhət xidmətini "Əkrəm Həsənov və partnyorları" MMC-dən alıb. Nazirlik MMC ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi "Əkrəm Həsənov və partnyorları" MMC ilə “pensiya, sosial sığorta və sosial müavinət məsələləri üzrə 400-ü 1-ci instansiya, 192-si apelyasiya məhkəməsi, 46-sı kassasiya instansiyalarında olmaqla ümumilikdə 638 iş üzrə məhkəmələrdə hüquqi dəstək xidmətlərinin satın alınması üçün 185 min 300 manatlıq müqavilə imzalayıblar.

Qeyd edək ki, Əkrəm Həsənov hal-hazırda “Əkrəm Həsənov və Partnyorları” MMC-nin idarəedici partnyorudur.

 

Bütün xəbərlər