Bakıda “cib” tipli parklanma yerləri yaradılacaq - Yeni layihə

14:58 - 12.05.2020


12 may, Fineko/abc.az. Bakının Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb.

ABC.AZ bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Layihənin icrası zamanı “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin önündəki mövcud dairə ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaq,

Yeni “cib” tipli parklanma yerləri yaradılacaq, Eyni səviyyəli piyada keçidlərinin önündə xüsusi çıxıntılar inşa olunacaq, Əliyar Əliyev küçəsindən Təbriz küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün əlavə sola dönmə zolağı təşkil ediləcək, Avtobus dayanacaq məntəqələrinin yerləri optimallaşdırılaraq yeni dayanacaq pavilyonları quraşdırılacaq, Ziya Bünyadov prospekti ilə kəsişmədə dairə ləğv edilərək, “Çermet körpüsü”nün altında hərəkət bir istiqamətli təşkil ediləcək. Bunun sayəsində hərəkətin təhlükəsizliyi artacaq.

Müəllif: Elmir Murad