Yanvarın 13-də gözlənilən hava haqqında məlumat açıqlanıb

15:18 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda şənbə günü, yanvarın 13-də gözlənilən hava proqnozunu açıqlayıb.

Beləliklə, Bakıda və Abşeronda  yanvarın 13-də  hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər və axşam saatlarında  bəzi yerlərdə zəif duman, çiskin olacaq.  Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Yarımadada gecə 2-5, gündüz isə 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə  arabir  güclənəcək. Gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

 

 

Bütün xəbərlər