DSX-nın vəzifəli şəxslərinə cinayət işi açıldı

16:30 - 13.05.2020


13 may, Fineko/abc.az. Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinın (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun ABC.AZ-a verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Baş Prokurorluq rəsmisi detalları barədə əlavə məlumat veriləcəyini qeyr edib.

 

Bütün xəbərlər