Gürcüstanda fövqəladə rejim ləğv olunur - Vaxt açılqandı

10:06 - 14.05.2020


14 may, Fineko/abc.az. Vəziyyət belə yaxşı tendensiya ilə davam edərsə 22 may tarixində fövqəladə halı götürə bilərik.

Bu günkü epidemioloji vəziyyət buna imkan yaradır, qeyd edilən tarixə hələ bir həftə var.

ABC.AZ Gürcüstan mediasına istinadən xəbər verir ki, bu sözləri Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Tsertsvadze bildirib.

O bir sıra məsləhət də verməyi unutmayıb.

"Mənim tövsiyyəm odur ki, məhdudiyyətlərin aradan qaldırılmasından sonra üç ehtiyyat tədbirinə əməl edək. Bunlardan biri, əllərin tez-tez yuyulması digəri sosial məsafənin qorunması və qapalı məkanlara maska ilə daxil olmaq, bunlar insanlarımızı qorumaq üçün çox önəmli məqamlardır" T. Tsertsvadze qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər