Azərbaycan 12 milyon dollardan çox metanol ixrac edib - 4 ayda

11:38 - 14.05.2020


14 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycandan ixrac olunan metanolun həcmi bəlli olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycandan 123 min 732 ton metanol ixrac olunub.

İxrac olunan məhsulun dəyəri isə 12 milyon 373,2 min ABŞ dolları təşkil edib.

 

Bütün xəbərlər